17 İyul 2014 15:14
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün hökumət iclasında işğal etdikləri Kəlbəcər rayonu ərazisində tutduqları azərbaycanlılardan danışıb.

Alınan məlumata görə, o, çıxışında rayon ərazisində tutulmuş azərbaycanlı Həsən Həsənovun sağ olmasına işarə vurub. Erməni nazir bildirib ki, Ermənistanın milli təhlükəsizlik xidməti əməliyyat keçirib və hər üç azərbaycanlını həbs edib.

Hökumət qarşısında hesabat verən Seyran Ohanyanın onlardan hər hansının öldürülməsini bildirməyib.

Bundan əvvəl isə erməni mətbuatı Həsən Həsənovun öldürüldüyünü, Dilqəm Əsgərov və Şahbaz Quliyevin isə tutulduğunu bildirmişdi.

/ans press/


Müəllif: