17 İyul 2014 18:18
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva "Qafqaz-Media"İctimai Birliyi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.


Teleqraf.com xəbər verir ki, Milli Mətbuatımızın 139-cu ildönümü münasibəti ilə təşkil olunmuş tədbirdə təşkilatın rəhbəri Azadə Taleh Abbasqızı bildirib ki, millət vəkili Qənirə Paşayeva Azərbaycan jurnalistikasında xidmətləri olmuş jurnalistlərdən biri olmaqla bərabər bu gün də millət vəkili kimi qanunverici orqanda,ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz,mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynamaqla bərabər hər zaman jurnalistlərə xüsusi münasibəti, onlara diqqəti ilə fərqlənən insanlardan biridir.


Onu bu cür gözəl mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva hər kəsi Milli Mətbuat Günümüz və Ramazan ayı münasibəti ilə təbrik edib. Jurnalistikanın çox şərəfli bir peşə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bütün jurnalist həmkarlarını təbrik edərək onlara can sağlığı, mutluluq, çətin amma şərəfli peşələrində uğurlar diləyib. "Mən də daxil olmaqla hər birimizin, hər bir jurnalstin ən böyük xəyalı odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad edilməsi xəbərini yazsın, oradan qələbəyə dair materiallar hazırlasın, canlı yayımlar vasitəsi ilə xalqımızla bu xoş xəbərləri bölüşsün. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Dağlıq Qarabağdan, Xankəndindən, Xocalıdan, Şuşadan və bütün o gözəl torpaqlarımızdan qələbə xəbərləri, yazıları yazacağıq. İnşallah bu cür gözəl tədbirlərimizi o gözəl torpaqlarımızda da qeyd etməyi mən bütün hər kəsə və dəyərli jurnalist həmkarlarıma bu əziz, müqəddəs Ramazan ayında diləyirəm. Və bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm. Biz dünyanın hər yerinə gedəndə mətbuatımızın 139 yaşının olması ilə bağlı qürurla danışırıq.


Mən böyük Həsən bəy Zərdabiyə və ondan başlayaraq Azərbaycan jurnalistikasının inkişaında böyük xidmətləri olmuş bütün böyüklərə Allahdan rəhmət, sağlara isə can sağlığı diləyirəm. Ölkəmizdə mətbuat və medianın inkişafı sahəsində milli liderimiz Heydər Əliyevdən başlayaraq cənab Prezidentimiz İlham Əliyevin davam etdirdiyi addımlar hər zaman təqdirə layiqdir və mən inanıram ki, gələcəyə doğru bu istiqamətdə uğurlarımız daha da artacaq. Bir daha sizi təbrik edirəm və Allahdan bütün arzularınıza çatmanızı diləyirəm əziz jurnalist dostlar." -deyən millət vəkili Qənirə Paşayeva mətbuatımızın bayramı hamımızın bayramıdır deyərək sonda bir daha hər kəsi təbrik edib.


Müəllif: