18 İyul 2014 10:09

Dünyanın ən çox uşaq sahibi atalarından biri də Pakistanda yaşayır.

Pakistanda uzun müddətdir davam edən hərbi əməliyyatlar bəzi sahələrdə vəziyyəti nisbətən düzəltsə də 36 uşaqlı kişinin "dördüncü arvad" xəyallarını yıxıb. Gulzar Xan Talibanla mübarizə çərcivəsində Şimali Vəziristandan qaçan yüzlərlə sakindən biridir. Amma 54 yaşlı kişi bu qaçış zamanı həyat yoldaşları, uşaqları və nəvələrindən ibarət 100-dən çox insanı da özü ilə aparır.

36 uşaqlı kişinin sözlərinə görə, yaşadığı Şava kəndini tərk edərkən 4-cü dəfə evlənmək üçün topladığı pulu xərcləməyə məcbur olub. France Press-ə açıqlamasında Gulzar Xan 4-cü dəfə evlənmək üçün yenidən pul toplamağa və hərbi əməliyyatların bitməsini gözləməyə məcbur olduğunu deyib.

Onun 4-cü dəfə evlənmək istəməsinin əsas səbəbi isə daha çox övlad sahibi olmaq istəyidir. İlk evliliyini 17 yaşında 14 yaşlı xalası qızı ilə edən pakistanlı kişinin bu evlilikdən 12 uşağı olub. 8 il sonra o 17 yaşlı qızla ailə qurub. Üçüncü dəfə isə ölən qardaşının dul arvadi ilə nigaha daxil olub.

Pakistanlı kişinin sözlərinə görə, uşaqlarını bir-bir tanısa da onların hansı qadından olduğunu xatırlamaqda çətinlik çəkir.

Xanın oğlu da indidən atasının yolunu davam etdirmək haqqında düşünür. 14 yaşlı Qufran atasından daha çox evlənməyi və daha çox uşaq sahibi olmağı arzulayır.

/ans press/


Müəllif: