18 İyul 2014 11:06
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin Ukraynanın şərqində raketlə vurulmuş "Boeing 777" təyyarəsindəki sərnişinlərindən birinin uçuşdan əvvəl çəkdiyi foto Facebook-da sürətlə yayılır.

Alınan məlumata görə, Hollandiya vətəndaşı Kor Pan təyyarədə yerini almazdan əvvəl "Boeing"in fotosunu çəkmiş və Facebook-dakı profilinə yerləşdirərək yazmışdı: "Mocht hij verdwijnen, zo ziet hij d'r uit" ("Əgər itərsə, bilin ki, belə görünürdü").

Foto Amsterdamdakı Shiphol beynəlxalq hava limanında çəkilib.

"Malaysia Airlines" aviaşirkətinin "Boeing 777" təyyarəsinin Ukrayna səmasında vurulması nəticəsində 298 nəfər həlak olub.

Hollandiyanın şimalındakı Volendam şəhərinin sakini Kor Pan sevgilisi Neeltji Tola ilə birlikdə Amsterdamdan Kuala-Lumpura uçurdu.

Kor Panın Facebook-dakı profilində yerləşdirdiyi foto internet sensasiyasına çevrilib.

/millia.az/


Müəllif: