18 İyul 2014 12:13
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənub-şərqində yerləşən İzmir vilayətində Rixter cədvəli ilə 4 bal gücündə zəlzələ baş verib.

Bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

Boğaziçi Universitetinin Qəndilli rəsədxanasının və Türkiyənin Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ iyulun 18-də yerli vaxtla saat 06.58-də baş verib.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.

Zəlzələ əhali arasında təşvişə səbəb olub.

/trend/


Müəllif: