16 İyun 2017 09:19
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran blokadada saxlanılan Qətərə 200 ton həcmində meyvə və tərəvəz göndərib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İran Türkiyədən sonra Qətərə ən çox yardım edən ölkədir.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra — Qətərin xəbər agentliyində ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair dərc edilmiş çağırışa görə yaşanıb.


Müəllif: Teleqraf.com