16 İyun 2017 01:12
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 mühafizəçisi haqqında verilən həbs qərarına görə nazirlik binasına dəvət edilib.

Qeyd edək ki, ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib.

Xatırladaq ki, R.T.Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib.

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib.


Müəllif: Teleqraf.com