18 İyul 2014 13:20
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarının buraxılışı keçirilib.

Teleqraf.com bildirir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplom və leytenant paqonları təqdim edilib. Təqdimatı fövqəladə hallar naziri Kəmaləddin Heydərov edib.

Tədbirdə çıxış edən nazir məzunları və onların valideynlərini təbrik edib. Nazir kursantlara tövsiyələrini də verib: “Əminəm ki, gələcəkdə siz əldə etdiyiniz təcrübə hesabına dövlət mülkiyyətinin və əhalinin təhlükəsizliyini təmin edəcəksiniz. Bu gün Azərbaycanda böyük regional layihələr reallaşdırılır. Onların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərimizə böyük məsuliyyət düşür”.

Qeyd edək ki, tədbirin sonunda kursantlar təntənəli marşla keçid ediblər.


Müəllif: