17 İyun 2017 08:53
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq çimərlik mövsümü açıq elan edilib. Hər kəs vaxt tapdıqca, hovuza, istirahətə getmək istəyir.

Teleqraf.com Bakıda yerləşən çimərlik və istirahət mərkəzlərinin xidmətləri və qiymətlərini təqdim edir.

Bilgəh qəsəbəsində yerləşən “Amburan Beach” istirahət mərkəzində giriş qiymətləri günlərə görə dəyişir. İstirahət mərkəzində 1 nəfər 1 günlük dincəlmək üçün bazar ertəsi 18, çərşənbə axşamı-cümə günləri 20, həftəsonu isə 25 manat ödəyir. Bu qiymətə hovuz, çətir, uzanma taxtası da daxildir.

Novxanıdakı “Af Hotel Aqua Park” istirahət mərkəzinə 1 günlük giriş qiyməti 1 nəfər üçün 15 manatdır. 2 yaşa qədər uşaqlara giriş pulsuzdur. 12 yaşıdan aşağı olanlar isə 10 manat pul ödəməlidir.

Oteldə 1 gecə qalmaq üçün iki nəfərlik standart otağın qiyməti 140 manatdır. Qeyd edək ki, ötən isə bu rəqəm 80 manat olub. Qiymətə səhər yeməyi daxildir.

Nardaranda yerləşən “Sea Breeze Hotel” istirahət mərkəzindən bildirdilər ki, bəzi problemlərə görə, hələlik yay mövsümüni açıq elan etməyiblər. Qiymətlər isə ötən ilki kimi olacaq.

Bir nəfər üçün giriş həftə işi 20, həftə sonu 25 manat təşkil edəcək. 6 yaşa qədər uşaqların girişi pulsuz, 6- 10 yaşına qədər uşaqlara isə 50 faiz endirim edilir.

"Dalga Beach Aquapark Resort" istirahət mərkəzində 1 nəfər üçün giriş bazar ertəsi-cümə axşamı 25, cümə - bazar 35 manatdır. 6 yaşa qədər uşaqlara giriş pulsuzdur. 6-12 yaş arası uşaqlara isə 15 manatdır.

Giriş qiymətinə qarderob, hovuzlar, hovuz ətrafı günəş yataqları, duş kabini, sudan istifadə, dəsmal və sürüşkənlər daxildir:

İstirahət mərkəzində 10 hovuz var. Hovuzun içindəki 3 adada yerləşən VIP günəş yataqları 20, dəniz yolunda yerləşən taxta evciklər və günəş yataqları 2 nəfər üçün 40, bambukdan düzəldilən evciklər icarəyə verilmədiyi günlərdə xanımlar üçün hovuz 20 manat təşkil edir. VIP hovuzun kirayəsi isə 2500 manatdır.

“Jumeirah Bilgah Beach Hotel”də yerləşən “Bilgəh Aquapark”da həftəiçi giriş 1 nəfər üçün 30, həftəsonu və bayramlarda isə 35 manatdır. 6 yaşa qədər uşaqlara aquaparkdan istifadə pulsuzdur.

6 yaşdan yuxarı uşaqlar üçünsə həftə içi 20, həftəsonu 25 manat təşkil edir.


Müəllif: İlhamə Əbülfət