17 İyun 2017 11:58
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralında sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib.

Məlumatda qeyd edilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə yollardakı sürət həddinə əməl etmələri tövsiyə edilib.


Müəllif: Teleqraf.com