17 İyun 2017 14:46
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federal Kansleri Angela Merkelə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli xanım Federal Kansler, Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Müəllif: Teleqraf.com