18 İyun 20:03
2 088

Narkotik düşkünü olan gəncin görüntüləri Türkiyə cəmiyyətində ciddi narahatlıq doğrurub.

Teleqraf.com xəbər verir ki, sintetik yolla hazırlanmış narkotik vasitədən istifadə edən gənc özünü idarə edə bilməyib. Bursada 33 yaşlı gənc sürünə-sürünə çaydan keçmək istəyib. Gəncin hərəkətləri ətrafdakılarn diqqətini çəkib. Hadisə yerinə polis çağırılıb və gənc çaydan çıxarılıb. Onun aşırı dərəcədə narkotik istifadə etdiyi məlum olub.

Gəncin görüntüləri sosial şəbəkələrdə paylaşılandan sonra ictimaiyyət yeni narkotik növünün satışına qarşı dövlət qurumlarının ciddi mübarizə aparmalarını tələb ediblər.

Zirzəmilərdə hazırlananan və 1 manata satılan bonzaiden adlı kimyəvi maddədən asılı olanların sonu ölümlə nəticələnir. Türkiyədə həm bonzaiden istehsalçılarının, həm də istifadəçilərinin sayı günü-gündən artır.


Müəllif: Ruslan