19 İyun 09:28

Saat 09:00

İngiltərənin paytaxtı Londonda yerləşən məscidlərdən birinin qarşısında dəhşətli olay baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxs idarə etdiyi avtomobili təravih namazından çıxan insanların üzərinə sürüb.

Hadisə zamanı azı 10 nəfərin yaralandığı, cinayətkarın həbs olunduğu bildirilib.

Olay yerinə dərhal xeyli polis və təcili yardım briqadası cəlb edilib.

Hadisəyə şahid olan Əbdülrəhman Aidrusun sözlərinə görə, ağdərili kişi "Müsəlmanları öldürəcəm" deyərək, maşınını piyadaların üzərinə sürüb.

Faktla bağlı araşdırmalara başlanıb.

Hadisə yerindən ilk görüntüləri təqdim edirik:

***

Gecə saatlarında Londonda baş verən terror aktında yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı London polisi yayıb.

Bundan başqa, polis saxlanılan şəxsin kimliyi ilə bağlı ilkin məlumatları açıqlayıb: "48 yaşlı kişi hadisədən dərhal sonra yerli sakinlər tərəfindən saxlanılıb. Onun psixoloji problemləri olduğu iddia edilir. Araşdırmalar aparılır".

Bu arada, Böyük Britaniyanın baş naziri Tereza Mey hücumu terror aktı kimi dəyərləndirib.


Müəllif: Samir