18 İyul 2014 14:58
513

Rusiyanın Stavropol şəhərində azərbaycanlılar qəzaya uğrayıblar.

Alınan məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Georgiyevsk rayonunda baş verib. İçərisində azərbaycanlılar olan “Mercedes” markalı mikroavtobus “VAZ-2113” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində minik maşının sürücüsü ölüb, mikroavtobusda olan 8 sərnişin isə xəsarət alıb. Xəsarət alanların hamısı azərbaycanlıdır. Onlar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, mikroavtobus ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən qarşıdan gələn minik maşını ilə toqquşub.

/ans press/


Müəllif: