20 İyun 08:19

Türkiyə hərbçiləri ABŞ-ın verdiyi raketləri daşıyan PKK-nın iki üzvünü məhv edib. Teleqraf.com xəbər verir ki, terrorçular ölkənin Çukurca vilayətində zərərsizləşdirilib.

Əməliyyat təxminən ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisi Cosef Dunfordun Vaşinqtonda "PKK-ya nə üçün silahlı yardım edirsiniz" sualını cavablandırarkən baş verib.

Cosef Dunford bildirib ki, ABŞ kürdlərə hərbi yardım edərəkən Türkiyə ilə məsləhətləşib və mütəmadi olaraq hesabatlar verir: "Suriya Demokratik Güclərinə silahı yalnız Rakka əməliyyatı üçün veririk. Silahlıların Türkiyəyə keçməyəcəyinə əmin olmaq üçün mexanizmlər hazırladıq. Bu məsələ bizim üçün olduqca önəmli və strateji məqsəd daşıyır".

Bu açıqlama verilən zaman Türkiyə Hərbi Hava Qüvvələri F-16 qırıcıları vasitəsilə Suriyadan Türkiyəyə raket daşıyan PKK üzvlərini bombalayıb.


Müəllif: Ruslan