18 İyul 2014 15:51
664

Ötən gün Donetsk səmasında vurulan “Malayziya Hava Yolları”na aid “Boieng-777” təyyarəsinin içindən olan görüntülər yayılıb.

Alınan məlumata görə, görüntülər təyyarə havaya qalxmamışdan öncə çəkilib.

Sərnişinlərdən biri tərəfindən lentə alınan görüntülər "İnstagram"a yüklənilib. Video kadrlarda uçuşa hazırlaşan sərnişinlərdən birinin yüklərini yerləşdirdiyi görünür.

Hollandiyalı turistlərdən biri isə təyyarənin son fotosunu sosial şəbəkədə paylaşıb. Cor Pan adlı sərnişin fotonu "əgər təyyarə itsə buna bənzəyir" şərhi ilə yerləşdirib.

Qeyd edək ki, Malayziyaya məxsus təyyarə ötən axşam Ukrayna səmasında vurulub. Təyyarənin göyərtəsində olan 295 sərnişinin hamısının öldüyü bildirilir. Onlardan 15-i ekipaj üzvü olub.

Təyyarənin qəzaya uğramasında Ukrayna separatçıları, Rusiya isə Ukrayna tərəfini ittiham edir.

/ans press/


Müəllif: