18 İyul 2014 16:31
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya lideri Müəmmar Qəddafi:

Milli ruhu sındırılmış millətin yeri xarabalıqlardır.

Həyat yoldaşımda ən dəyər verdiyim xüsusiyyət onun siyasətlə maraqlanmamasıdır...

Hüseyn ondan xahiş olunan hər şeyi etdi. Onu hər şeydən məhrum etdilər. Səddamın yeganə çıxış yolu sona qədər mübarizə aparmaq idi. Amerikalılar ondan başqa nə gözləyə bilərdilər ki? Lüt soyunub qarşılarında rəqs etməli idi?...

Mən tənha və doğum haqda şəhadətnaməsi belə olmayan bədəviyəm. Mən hər şeyin təmizliklə, vicdanla görüldüyü bir dövrdə böyümüşəm. Əhatəmdə heç nə hələ müasir həyatın infeksiyasına tutulmamışdı. Cəmiyyətimizin gəncləri yaşlılara hörmət edirdi. Ən əsası, yaxşını pisdən ayırmağı bacarırdılar.

Keçmiş tayfaların bir çoxu artıq məhv olub. Bərbər tayfaları hələ Numidiyanın vaxtında ikən ölmüşdü. Biz onlar haqda, demək olar ki, heç nə bilmirik. Onlar məhv olub. Mişvaş, ribu, libu, samu , tixnu tayfaları indi haradadır? Biz hətta onları düzgün tələffüz etməyi belə unutmuşuq.

Təkcə bir həyat yoldaşım var. Əminəm ki, kişi yalnız bir qadınla qane olmalıdır.

Həyat yoldaşımda ən dəyər verdiyim xüsusiyyət onun siyasətlə maraqlanmamasıdır.

Bütün planetdə demokratiyanın mövcud olduğu yeganə dövlət Liviyadır.

Müəllifi olduğum “Yaşıl kitab”ın müasir dövrün İncili olduğunu əminliklə söyləyə bilərəm. Cəmahiriyada (Qəddafi tərəfindən təklif olunmuş və 1977-ci ildə Liviyada tətbiq olunmuş dövlət quruluşu) nə çoxluq, nə azlıq üçün yer yoxdur.

Amerika Birləşmiş Ştatları, Hindistan, Çin və Rusiya Federasiyası kimi dövlətlərdə də Cəmahiriya tətbiq olunmalıdır. Özü də dərhal...

İnqilabçının borcu inqilabın düşmənlərinə qarşı bütün mümkün inqilabı zorakılığı tətbiq etməkdir.

Qarşısında baş əydiyim iki idolum var – prezident Linkoln və Sun Yatsen (çin inqilabçısı, Homindan tayvan partiyasının əsasını qoyan şəxs – red.) Linkoln haqda çox oxumuşam. O dahi olmaqla yanaşı, insani keyfiyyətlərə malik olub. Qandi ilə də fəxr edirəm. Axı o başqaları üçün yaşayıb...

Amerikalı əsgərləri quzuya çevirmək lazımdır. Beləcə, onları yeyərdik.

Səddamı çox yaxşı tanıyırdım. Hüseyn ondan xahiş olunan hər şeyi etdi. Onu hər şeydən məhrum etdilər. Səddamın yeganə çıxış yolu sona qədər mübarizə aparmaq idi. Amerikalılar ondan başqa nə gözləyə bilərdilər ki? Lüt soyunub qarşılarında rəqs etməli idi?...

Prezident Buş bu dünyada heç kimi eşitmir. Amma mən əminəm ki, Birləşmiş Ştatlar uçuruma doğru gedir. Amerikalılar hər qələbələrinə uşaq kimi sevinirlər. Ancaq həmişə belə davam edə bilməz. Prezident Buş Hitlerin sonunu yadına salmalıdır. Biz ərəblərin bir sözü var: “Əvvəldə gülən, sonda ağlayır”...

Buşda məntiq yoxdur. Heç kim onun növbəti saniyədə hansı addım atacağını bilmir. Siz hər şeyə hazırlı olmalısınız. Bu gün kim: “Onun növbəti hədəfi mənəm” və ya “onun növbəti hədəfi mən deyiləm” deyə bilməz.

Dünya amerikalılara qarşı birdir. Bunun səbəbi iraqlılara olan simpatiya deyil, sadəcə, amerikalılar əsassız ittihamlarına və mənasız müharibələrinə görə cavab verirlər.

Milli ruhu sındırılmış millətin yeri xarabalıqlardır.

Onlar (Daniyalı karikaturçular – red.) Məhəmmədi çadralı qadınların əhatəsində təsvir etmişdilər. Çünki çadra bir çox müsəlman qadınların geyindiyi geyimdir. Belə çıxır ki, İsanın da şəklini lüt qızların əhatəsində çəkməlidirlər? Axı xristyan qızları lüt görünməyi sevirlər.

Dünya ərəbləri qoyun kimi təsəvvür edir. Sanki biz heç nə anlamırıq, heç kimik.

Ben Laden bütün tərəfdarlarını Amerikanın bütün islam dünyasına təhlükə olduğuna inandırdı. O, hələ çox-çox əvvəl Amerikanın hədəfinin Əfqanıstan olmadığını söyləmişdi. Bütün son hadisələr Ben Ladenin haqlı olduğunu sübut etdi.

Yaxın Şərqin müxalifəti inkişaf etmiş ölkələrin müxalifətindən fərqlənir. Bizdə müxalifət partlayış, qətl və zorakılıq deməkdir...

Mən sülhü sevirəm, biz hamımız sülhü sevirik.

Həmişə milli qurtuluş uğrunda mübarizəni dəstəkləmişəm, terrorizmi isə yox. Mən Nelson Mandelanı və Namibiyanın prezidenti olmuş Sem Nuyomu dəstəkləmişəm. Bu gün bu insanları Ağ evdə fəxrlə xatırlayırlar. Məni isə əvvəlki kimi, terrorist hesab edirlər.

Rolum yalnız inqilabi qüvvələrə başçılıq etmək, onlara istiqamət və hərəkət azadlığı verməkdən ibarət olub.

Küçələrdə şəkillərimin asılmasına qadağa qoydum. Amma insanlar yenə də onu asmağa davam edirlər. Çalışıram ki, xalq özü öz hakimiyyətini özü formalaşdırsın.

Ədalətli olmağa çalışıram. Getməyi çox istərdim, ancaq bu daha məndən asılı deyil. Kral və ya prezident olsaydım, hər şey başqa cür olardı. Amma mən inqilabçıyam.

Dövlət - insanlıqla heç bir əlaqəsi olmayan süni siyasi, iqtisadi, bəzən də hərbi qurğu deməkdir.

Boks və digər mübarizə növləri bəşəriyyətin barbarlıqdan tam xilas olmadığını sübut edir.

İnsanlar bir dildə ünsiyyət qurmadıqları müddətdə geri qalacaqlar.

Afrikalılar fikirləşirlər ki, onların var-dövləti oğurlanıb və bu sərvəti geri qaytarmaq istəyirlər. Onlar Avropada çalışanda da haqlı olduqlarını zənn edirlər. Çünki Avropa Afrikanın sərvətindən istifadə edir.

İndi mövcud olan bütün cəmiyyətlər qadına alınan mal kimi baxırlar. Şərq onu alqı-satqı əşyası kimi görür, Qərb isə ona qadın kimi yanaşmaqdan boyun qaçırır.

Qadın – insandır. Kişi də insandır. Amma kişi – kişi, qadın da qadındır...

İblis öz mahiyyətini kapitalizm və diktatorluqda göstərir. Bütün bunlar insanı nəzarətdə saxlamaq üçün düşünülmüş şeytani qüvvədir...

/publika.az/


Müəllif: