18 İyul 2014 16:55
726

Bir neçə gün əvvəl müşahidə olunan Super Ay mənzərəsi hələ də yaddan çıxmamış yeni məlumatlar ortaya çıxıb.

Həmin gecə fotoaparatı olan hər kəs möhtəşəm ayın fotolarını çəkmək istəyərkən, Britaniyalı astronomun obyektivinə maraqlı görüntülər düşüb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, iyulun 14-dən 15-ə keçən gecə Ay Yerə maksimum məsafədə yaxınlaşıb. Yaxınlaşma bədirlənmiş ayla müşahidə olunub.

Londonda yaşayan astronom Li Tompson da Yerin təbii peykinin şəkillərini çəkərkən maraqlı görüntü ilə rastlaşıb. Ayın fonunda uçan naməlum obyekt də görünüb.

Əvvəlcə mütəxəssislər hesab ediblər ki, bu, kosmik stansiyadır. Fotoşəkilləri diqqətlə nəzərdən keçirdikdən sonra müəmmalar artıb. Obyekt daha çox UNO-ya bənzəyib.

/milli.az/


Müəllif: