18 İyul 2014 19:15
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd Peshmerga döyüşçüləri İraq ordusunun İŞİD cihadçılarına görə tərk etdiyi ərazilərdə yerləşib. BBC müxbiri Shaimaa Khalil cəbhə xəttinə getməyə hazırlaşan elit qadın döyüşçülər bölməsi ilə görüşüb.

Muxtar Kürdistan Regionundakı Süleymaniyyə şəhərinin yaxınlığındakı hərbi hissədə səhər toplanışı başlayıb.İraq yayının qızmar istisinə baxmayaraq, əsgərlər ciddi və diqqətli görünür.

Kamuflyajda, kalaşnikovlarını çiyinlərində möhkəm saxlayan əsgərlərə baxanda görürsən ki, digər təlim-məşq toplanışları ilə müqayisədə heç bir fərq yoxdur.

Amma papaqlarının altında yığılmış uzun saç və bəzilərinin üzündə görünən yüngül makiyaj fərqin mövcud olduğunu göstərir.

Döyüşə hazır

Peshmerganın, yəni Kürdistan Regionunun təhlükəsizlik qüvvələrinin qadınlar bölməsi ciddi təlimlər keçməkdədir.

Bölmənin bəzi üzvləri İŞİD cihadçı döyüşçülərinə qarşı mübarizə aparmaq üçün cəbhəyə getməyə hazırlaşırlar.

Onların komandiri, Polkovnik Nahidə Əhməd Rəşid deyir ki, bölmə 1996-cı ildə keçmiş Prezident Səddam Hüseynin loyalistlərinə qarşı döyüşmək üçün qurulmuşdu.

Bölmə bir neçə yüz döyüşçüdən ibarətdir və onların hamısı könüllülərdir. Cəbhə xəttinə onların kiçik qismi göndərilsə də, ötən ay İŞİD-lə münaqişə başlayandan bir çoxu komandirdən xahiş edib ki, ön xəttə göndərilsin.

Polkovnik Rəşid deyir ki, qadın əsgərlər hər gün məşq edir və döyüşə hazırdırlar.

"Onlar SVAT komandaları ilə, xüsusi xidmətlə məşq ediblər. Bəziləri artıq cəbhə xəttində kişi həmkarlarının yanında döyüşüb və qısa müddətdə digərlərini də Kərkükə göndərəcəm. Bu yaxınlarda özüm də Kərkükdə olmuşam".

"Münaqişə zonaları"

Kürdistan regionunun müdafiəsində Peshmerganın mühüm rolu olub.

Son bir ay ərzində onlar həmçinin İraq təhlükəsizlik qüvvələrinin İŞİD-ə görə tərk etdiyi mübahisəli ərazilərə də keçiblər.

Bu yaxınlarda onlar həmçinin Bai Hassan və Kərkükdəki neft yataqlarını zəbt ediblər. Qadın Peshmerga əsgərləri şəhəri və ətrafdakı neft yataqlarını müdafiə edən missiyaya daxil olacaqlar.

"Onlar Kürdistanı müdafiə etmək üçün, eyni zamanda qadınlarla kişilər arasında fərq olmadığını bildirmək üçün döyüşə gediblər", Polkovnik Rəşid deyir.

"Bir çox qadın bizimlə döyüşmək üçün könüllü müraciət edir", o əlavə edir. "Onlar münaqişə zonalarında digər qadınları müdafiə etmək istədiklərinə görə bizə qoşulurlar".

Bugünkü təlimi aparan Kapitan Mücdat Əl-Həmid bir azdan Kərkükə gedəcək.

Onun üç övladı var və deyir ki, həm uşaqları, həm də əri onunla fəxr edirlər.

Dəstək

Avas Tofiq onun bölməsində olan qadınlardan biridir. O da cəbhə xəttinə getmək üzrədir.

"Çox şadam - səkkiz ildir, bunun üçün məşq edirəm", o deyir. "Qorxmuram, bilirəm ki, torpaqlarımı müdafiə etməyə gedirəm".

Tofiq boşanmışdır və iki yeniyetmə oğlu var. O, həftənin iki gününü hərbi hissədə, qalan hissəsini isə uşaqları ilə keçirdiyini deyir.

O da oğullarının onu dəstəklədiyini bildirir.

Kürdistanda bir çox adam inanır ki, regionun təhlükəsizliyinə görə Peshmerga məsuliyyət daşıyır.

Polkovnik Rəşid deyir ki, ailələr qızlarının və qadın qohumlarının orduya qoşulmaq qərarlarını dəstəkləyir.

"Mənim 10 yaşlı qızım var və o, Facebookda və internetdə İŞİD hücumlarının videolarını görəndə deyir: "Mama, xahiş edirəm, cəbhəyə döyüşməyə gedəndə xahiş edirəm, məni də apar".

















BBC


Müəllif: