24 İyun 2017 14:27
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində üçüncü sərbəst yürüşü başlayıb.

Teleqraf.com xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

Yürüşü Formula 1 Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov izləyir.

Sərbəst yürüşlərdə "Mercedes" komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar.

"Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Eseteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hulkenberq ilə Colion Palmer mübarizə aparırlar.

Bundan başqa, "Toro Rosso"nun heyətində Daniil Kvayt və Karlos Sainz, "Sauber"də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, "McLaren"də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər.

Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. Saat 17:00-da isə Formula 1-də sıralama yarışlarına start veriləcək.

Qeyd edək ki, ötən gün keçirilən iki sərbəst yürüşlərdə “Red Bull” komandasının pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib - 1:43.362. İkinci sərbəst yürüş zamanı onun idarə etdiyi bolid sessiyanın başa çatmasına 35 saniyə qalmış səddə dəyib dayansa da bu, hollandiyalının birinci olmasına mane olmayıb.

Sıralamada Valterri Bottas (Mercedes AMG) ikinci, Daniel Rikkardo (Red Bull) isə üçüncü yeri tutub.


Müəllif: Nərgiz