25 İyun 2017 21:54
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərini ölkəyə buraxmayacaq.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, rəsmi Berlin bu barədə Türkiyə hakimiyyətini xəbərdar edib.

Qeyd edək ki, iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammitində iştirak etmək üçün Ərdoğan Almaniyaya səfər edəcək.

Rəsmi Berlin bəyan edib ki, Hamburqda çoxlu sayda kürd yaşadığından Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər.

Qeyd edək ki, mayın 16-da Türkiyə prezidentinin Vaşinqtona səfəri zamanı oxşar hadisə yaranıb. Nəticədə azı 9 nəfər xəsarət alıb. Baş vermiş olayla bağlı ABŞ-da Ərdoğanın bir neçə mühafizəçisi haqqında cinayət işi açılıb.


Müəllif: Teleqraf.com