26 İyun 2017 21:28
2 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp 6 müsəlman ölkəsilə bağlı qərarını açıqlayıb.

Teleqraf.com AFP agentliyinə istinadən xəbər verir ki, ABŞ Ali Məhkəməsi Trampın məlum qərarını qismən təsdiqləyib.

Tramp Suriya, Yəmən, İran, Liviya, Sudan və Somali vətəndaşlarına ABŞ-a səyahət etməyi yasaqlamışdı. Ali Məhkəmənin qərarı Trampın qələbəsi kimi qəbul edilir. Bununla belə qərardan apelyasiyaya şikayət ediləcək.

Tramp 6 müsəlman ölkəsi vətəndaşlarının 90 gün ərzində ABŞ-a səfərlərini qadağan etmişdi.


Müəllif: Ruslan