26 İyun 2017 20:39
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur.

Teleqraf.com xəbər verir ki, bunu "Report"a AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib.

Onun sözlərinə görə, "Aeroflot"un Moskva-Bakı reysinin menyusunda "ermənisayağı hinduşka" yeməyinin təklif olunması qəsdən edilən səhv deyil.

"Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz. Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları", - deyə Rahib İsayev deyib.

O, həmçinin bildirib ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə "Aeroflot"a müraciət edəcək.

"Aeroflot"un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq", - deyə o bildirib.


Müəllif: Teleqraf.com