26 İyun 2017 22:43
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bu həftə ABŞ-a səfər edəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, proqramı açıqlanmayan səfərdə Qətərli nazirin dövlət katibi Reks Tillersonla görüşəcəyi ehtimal edilir.

Qeyd edək ki, Ağ Ev dəfələrlə Qətər rəsmilərinə səfər üçün dəvət məktubu göndərsə də, nəticəsi olmayıb.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Diplomatik sanksiyalara Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları, Cibuti, Seneqal, Çad və Niger də qoşulub.


Müəllif: Ruslan