26 İyun 2017 23:53
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin 6 müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya səfər etmələrini sayaqlayan qərarını xoş qarşıladığını bəyan edib.

"Bu qərar terror olaylarının geniş yayıldığı altı ölkə üçün səyahəd limitini nəzərdə tutur. Bir prezident kimi bizə zərər verəcək insanların ölkəmizə girişinə icazə verə bilmərəm. Mən ABŞ və onun vətəndaşlarını sevə biləcək, çalışqan və yaradıcı olacaq insanları istəyirəm. Ali Baş Komandan olaraq əsas vəzifəm Amerika xalqının təhlükəsizliyini təmin etməkdir. Bugünkü qərar millətimizin ana vətənini qorumaq üçün mənə ciddi stimul verir. Qərarın 9-0 səsçoxluğu ilə qəbul edilməsi xüsusilə, məni məmnun etdi", deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp Suriya, Yəmən, İran, Liviya, Sudan və Somali vətəndaşlarına ABŞ-a səyahət etməyi yasaqlamışdı. Ali Məhkəmə ABŞ-da birmənalı qarşılanmayan Trampın bu qərarına haqq qazandırıb.


Müəllif: Ruslan