19 İyul 2014 11:03
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama yerli sahibkarlar tərəfindən seksual orientasiya və gender mənsubiyyətinə görə insanların diskriminasiyaya məruz qalınmasını qadağan edən fərman imzalayacaq.

Bu barədə Reuters Ağ Evə istinadən məlumat yayıb.

Ağ Evdəki mənbənin sözlərinə görə, sənəd dini təşkilatlar üçün imtiyaz nəzərdə tutmur. Bu məsələ geylərin hüquqlarının müdafiə təşkilatlarını sevindirib. Fərmana əsasən, dini təşkilatlar insanı işə götürərkən onun cinsi orientasiyasını və ya mənsubiyyətini əsas götürə bilməzlər.

Bundan əvvəl verilən fərmanla insanların irqinə, dininə, cinsinə, milli mənsubiyyətinə, əlilliyinə və yaşına görə diskriminasiyaya məruz qalınması qadağan edilmişdi.

/milli.az/


Müəllif: