19 İyul 2014 17:00
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhər küçələrində əlindəki smartfona baxan və yolda olarkən qarşısındakı insanları görməyərək yeriyən insanlar artıq rutin, adi mənzərəyə çevrilirlər.

Belələri yol keçəndə belə, nəzərlərini telefonun ekranından çəkmirlər.

Halbuki, onlar öz həyatlarını təhlükəyə atmaqla yanaşı, səkidəki insanların hərəkətlərinə də maneçilik yaradırlar.
Dünyanın ən nüfuzlu və məşhur jurnallarından biri "National Geographic" yeni "Mind Over Masses" teleşousu çərçivəsində Vaşinqtondakı küçələrdən birinin səkisində "mobil telefonlu adamlar üçün əlahiddə zona" yaradıb.

Birləşmiş Ştatların paytaxtı Vaşinqtonun mərkəzindəki 18-ci küçəsindəki səki "normal" piyadalar və "mobil telefonlu adamlar" üçün iki hissədən ibarətdir.

Layihə gündəlik problemlərin interaktiv həlli zamanı insan davranışlarının modulyativ müəyyənləşdirilməsinə yönəlib.

National Geographic telekanalının mətbuat katibi Çad Sanas eksperimentin yeni mərhələsində nələr olacağını açıqlamaq niyyətində deyil.

/milli.az/


Müəllif: