21 İyul 2014 11:22
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəstə irəvanlı qadın iyulun əvvələrində Azərbaycanın işğal olmuş ərazilərinə gedərək şəkillər çəkdiriblər.

Alınana məlumata görə, Ağdama yaxın bir yüksəklikdə şəkil çəkdirən qadınların sosial şəbəkədə bu barədə yazdığı şərhlər də fərqli olub. Yaşlı nəsil azərbaycanlılar və Ağdam haqqında daha hörmətli davranıb.

Məsələn, azərbaycanlılarla heç vaxt əlaqəsi olmamış Vanuhi Hobosyan adlı gənc qız şəkili sosial şəbəkədə yayaraq ermənicə “arxada artıq olmayan Ağdam şəhəridir” sözlərindən sonra gülüş işarələri yerləşdirib. Vanuhi Hobosyan Şuşada çəkdirdiyi şəklində isə sifətinə bir qalib ədası verib.

Amma həmin şəkildə yer alan yaşca nisbətən böyük Lilit Karapetyan isə Ağdamış şəklini ayrıca yayıb və rusca yazıb: “Bu təpənin arxasında Ağdam şəhəridir. Bu şəhər artıq yoxdur”. Qadının sözlərindəki qüssə açıqca hiss olunur. Təbii, sovet keçmişində azərbaycanlıları şəxsən tanımış qadın erməni xalqını talayan mafioz “Qarabağ” klanından qorxmadan azərbaycanlılar haqqında pis şey yazmamağa cürət edib.

Əslində, Ermənistanda hakimiyyəti parlamentdə və İrəvan küçələrində təşkil etdiyi qanlı qırğınla ələ keçirmiş mafioz “Qarabağ” klanı bu illər boyunca həmişə ermənilərin azərbaycanlılarla kəsdiyi duz-çörəyi unutmasına çalışıb.

/ans press/


Müəllif: