21 İyul 2014 11:27
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 11 Azərbaycan vətəndaşı tutulub.

Alınan məlumata görə, saxlanılan şəxslər moskvalı biznesmenin oğurluğunda ittham edilirlər. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar iş adamını azad etmək üçün onun yaxınlarından 500 min dollar tələb ediblər.


Hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, oğurluq hadisəsi iyul ayında Moskvanın cənub-şərq dairəsində qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb.


Saxlanılan azərbaycanlılar 28-41 yaş arasındadırlar.


Hazırda faktla bağlı araşdırma aparılır.

/ans press/


Müəllif: