13 İyul 2017 18:24
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyat təcrübəsini öyrənir və Rusiya Müdafiə Nazirliyinin təcrübəsinin regionda tətbiqi imkanlarını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

“Dünyada bütün sonuncu müharibələrin təcrübəsinin öyrənilməsi praktikası qəbul olunub. Onların uğurları və uğursuzluqları təhlil olunub. Təbii ki, biz Rusiyanın Suriyadakı döyüş əməliyyatları təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübəmizi bölüşürük. Rusiya tərəfi materialları bizə təqdim etdiyi üçün onlara minnətdarıq”.


Müəllif: Səxavət