21 İyul 2014 11:43
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbayel rayonunda baş verən zorlanma hadisəsi yalan çıxdı. Polis ananın qızının zorlanması ilə bağlı şikayətini araşdırıb. Məlum olub ki, burada söhbət zorlanmadan yox, ananın şəxsi maraqlarından gedir.

Alınan məlumata görə, Səbail Rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, zorlandığı iddia olunan qız bölməyə dəvət olunub və ifadə verib.

Qız bildirib ki, oğlanla bir-birini sevirlər və xeyli müddətdir başqa mənzildə ər-arvad kimi yaşayırlar. Anası isə onların kənarda yaşamasını istəmir və onun evinə qayıtmasını israr edir. Sevgililər isə sərbəst yaşamaq istədiklərindən ananın evinə getmək istəmirlər. Ana da qızının zorlanmasını deyərək kürəkənindən heyf çıxmaq istəyib.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan qızının cinsi zorakılığa məruz qaldığını deyib.
Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla onunla cinsi əlaqədə olub.


Müəllif: