15 İyul 2017 12:03
2 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Tarif Şurasının qərarı ilə benzinin qiyməti qalxaraq 0,90 AZN olub. Qiymət dəyişimi sosial şəbəkələrdə əsas müzakirə predmetinə çevrilib.

Teleqraf.com məşhurların məsələylə bağlı yazdıqları bəzi statusları təqdim edir:

Müğənni Emma Ələkbərzadə: “Dörd dənə velosiped axtarıram. İkisi 3 təkərli - mən və David üçün, ikisi də Sevda və Emil üçün. Amma 2 təkərli...”

Aktyor Elcan Rəsulov: “Heç nə dəyişmədi mənə görə...”

Telejurnalist Vüqar Vüqarlı: “Maşın-şouda qalib gəlmədiyim üçün mən daha heyfslənmirəm...”

Nura Suri: “Benzin yenə qalxdı, gözünüz aydın...”

Aktrisa Hüsniyyə Mürvətova: “Qara qızıl...”

Aktyor Tural Əhməd: “Bakıdan yenə benzin iyi gəlir...”

Aparacı Ulvira Qarayeva: “Hər şey qalxdı, bunu bilin”.

Aktyor Rasim Cəfər: “Robert De Niro, Al Paçino, Co Peşi rejissor Martin Skorsezenin yeni filmində... Deyirlər benzinin qiyməti qalxır, bunlar da kefdilər də!”

Aparıcı Əzizə İsmayılova: “Deyirəm, ən yaxşısı hamı velosiped alsın, benzin SOCAR-a qalsın”.


Müəllif: Könül Əlibəyli