21 İyul 2014 12:28
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonu Piran ərazisindəki meşə massivi yanır.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər üzrə şöbənin sədri Saday Qurbanovun verdiyi məlumata görə, yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib.

Hadisə yerinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.

Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb.

Qeyd edək ki, həmin ərazidə bir neçə dəfə yanğın olub. Xoşbəxtlikdən yanğın ağaclara ziyan vurmayıb. Yalnız kol-kos yanıb. Saday Qurbanovun fikrincə, yanğın hadisəsi bilərəkdən törədilib.

“Düşünürəm ki, yanğın bilərkdən törədilir. Bu məsələ araşdırılacaq”, - deyə Saday Qurbanov əlavə edib.

/ans press/


Müəllif: