16 İyul 2017 17:17
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhaninin qardaşı və xüsusi sözçüsü Hüseyn Firudin maliyyə cinayəti şübhəsi ilə həbs edilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hazırda prezidentin qardaşı ilə bağlı bir sıra araşdırmalar aparılır. Ondan başqa, hazırda həbsdə olan başqa şəxslərlə əlaqəli araşdırma da aparılmaqdadır.

Xəbərdə prezident Ruhaninin sözçüsü olduğu ifadə edilən Hüseyn Firudinin dünən pul cəzası ilə sərbəst buraxıldığı, lakin bunun zəmanət altına alınmadığı üçün həbsxanaya göndərildiyi bildirilib.


Müəllif: Cavad