16 İyul 2017 20:39
2 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyul 2016-cı ildə Türkiyədə qiyama cəhd edən hərbçilərin məhkəmədə verdikləri ifadələr ictimaiyyətə açıqlanandan sonra gülməli məqamlar ortaya çıxıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmədə ifadə verən zabitlərin heç biri qiyam cəhdində iştirak etdiyini boynuna almayıb. "Yuxarıdan əmr gəldi", "Dedilər qiyam var, yatırmaq lazımdır", "hara getdiyimizi bilmirdik", "torpaq almağa getmişdim" kimi ifadələr təqsirləndirilən şəxslərin əksəriyyətindən eşidilməkdədir.

Hətta Türkiyə parlamentini bombalayan qırıcının pilotu "terrorçuları zərərsizləşdirirdik" ifadəsini verib.

Qiyam işində əsas fiqurlardan biri sayılan Hava Qüvvələrinin komandiri general Akın Öztürk ifadəsində 15 iyulda Akıncı hava bazasına nəvəsini görmək üçün getdiyini deyib.

Həbsdə olan yüksək çinli zabitlər Sinan Sürer, İlhan Talu, Mehmet Partigöç, Adil Öksüz və digərlərinin ifadələri video-görüntülərdəki faktlardan kəskin fərqlənib.

Məsələn, Adil Öksüz ifadəsində "Ankaraya gəlməkdə məqsədim burada torpaq sahəsi almaq idi. Tarlaya baxarkən yaxalandım" deyib.

General Özkan Aydoğdu qeyd edib ki, İstanbulda terror aktı törədiləcəyinə dair məlumat daxil olduğundan tanklarla şəhərə giriblər.

Rejissor Nurettin Oruç isə bir qədər irəli gedərək 15 iyul qiyam cəhdi günü Akınçı hava bazasına film çəkmək üçün getdiyini və həbsdə olan generallardan heç kimi taımadığını bildirib.

Teleqraf.com qiyamçıların gülməli yalanlarının info-şəkillərini təqdim edir.


Müəllif: Ruslan