17 İyul 2017 09:47
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün olacağı gözlənilir.

Teleqraf.com “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.

Bildirilib ki, görüş Rusiya tərəfindən təşkil olunacaq və bu ilin sonuna qədər baş tutacaq:

"Bu dəfə əsas təşkilatçı Rusiyadır. Minsk Qrupunun digər üzvü olan Fransanın tərəfləri danışıqlar masasına oturtmaq istəyi uğursuzluqla nəticələnib. Bu dəfə Moskva bunun üçün çalışacaq".


Müəllif: Samir