21 İyul 2014 13:53
594

Ukrayna ilə Rusiya sərhədində vurulan Malayziya sərnişin təyyarəsindəki 298 nəfərdən 251-nin cəsədi tapılıb.


Alınan məlumata görə, Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti vurulan Malayziya təyyarəsində ölənlərin meyitlərini axtarmağa davam edir. Artıq 298 sərnişindən 251 nəfərin cəsədi və təyyarəyə aid 66 hissə tapılıb.

Qurumdan verilən açıqlamaya görə, axtarış aparılan ərazinin diametri 120 km-ə qərə genişləndirilib. Axtarışlarda iştirak edən canlı qüvvələrin sayı 810 nəfər, texnikanın sayı isə 35-ə çatdırılıb. Bu gün səhər saatlarında tapılan meyitlər Topez stansiyasına aparılaraq vaqonlara yüklənib.

Qeyd edək ki, Malayziya Hava Yolları şirkətinə məxsus təyyarə iyulun 17-də Ukrayna ilə Rusiya sərhədində vurulmuşdu.

/axar.az/


Müəllif: