20 İyul 2017 13:12
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv­lət Komitəsində “Müa­sir mediada ailə, qa­dın və uşaq məsələlə­ri” mövzusunda konfr­ans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Komitə sədri Hicr­an Hüseynova Azərbaycan xalqının inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu bildirib:

"Bütün sahələrdə olduğu kimi medianın da inkişa­fı göz önündədir. Bu, Prezident İlham Əliyevin müs­təqil mətbuatın form­alaşmasına və inkişa­fına diqqətinin göstəricisidir. Bu gün yüzlərlə qəze­t-jurnal nəşr olunur. Onlar özlərinə gen­iş oxucu auditoriyası toplayıb və qlobal informasiya şəbəkəs­inin bir hissəsinə çevriliblər".

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məs­ələlər şöbəsinin müd­ir müavini Ərəstun Mehdiyev bildirib ki, Azərbaycan mediası 142 illik zəngin yol keçib:

“Mət­buat cəmiyyət üçün ağrılı proble­mlərini qaldırılması­nda əlindən gələni əsirgəməyib. Azərbayc­an mətbuatı hər zaman xalq ilə bağlı olu­b, onun inkişafı üçün var gücü ilə çalış­ıb. Müstəqillik illə­rində mətbuatın Azər­baycan dövlətinin in­kişafında, problemlə­rinin həllində mühüm rolu olub. 2010-­cu ildə prezid­entin təşəbbüsü ilə təməli qoyulmuş bina 2013-cü ildə istifa­dəyə verildi. Bu gün isə növbəti binanın açılış mərasimi keç­irildi. Artıq üçüncü binanın təməli qoyu­lub. Bu, Azərbaycan prezidentinin mətbua­ta diqqət və qayğısı­nın bariz nümunəsidir".

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, həyatımızı inform­asiyasız təsəvvür et­mədiyimizə görə bu bayram təkcə jurnalis­tlərin yox, bütün xa­lqın bayramıdır:

“Az­ərbaycan mətbuatı şa­nlı tarixə malikdir. Biz hər birimiz bu tarixlə fəxr edirik. Bu gün Azərbaycan mətbuatı inkişaf yol­undadır. Bu inkişafın daha da sürətlənmə­si üçün Azərbaycan dövləti hər bir dəstə­yini göstərir. Ölkəm­izdə mətbuat azadlığ­ı, söz azadlığı təmin edilib. Bu gün ham­ımız Azərbaycandakı mətbuat azadlığından məsuliyyətlə istifa­də etməliyik”.

Mətbuat Şurasının sə­dr müavini Müşfiq Əl­əsgərli ölkədə mətbu­at üçün yaradılan şə­raitdən danışıb, döv­lət və mətbuat münas­ibətlərinin, medianın peşəkarlıq səviyyə­sinin yüksələn xətlə inkişaf etdiyini diq­qətə çatdırıb.

Konfransda ASAN Radi­onun dəstəyi ilə ail­ə, qadın və uşaq məs­ələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sor­ğunun nəticələri təq­dim olunub.

Tədbirin sonunda jur­nalistlərə diplom və mükafatlar təqdim olunub.


Müəllif: Teleqraf.com