21 İyul 2017 15:12
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstrim istirahətimiz davam edir. 2000-ci ildə baş verən Bakı zəlzələsinin həyəcanını yaşadıq rəsmən. 6.7 bal… Nə bal… Bütün otel həyətdədir.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri hazırda Türkiyədə istirahətdə olan tanınmış aktyor və aparıcı İlkin Həsəni yazıb. O. daha sonra dağıntı və ölümün olmadığını əlavə edib:

“Salamatçılıqdır, dağıntı və tələfat yoxdur”.

Qeyd edək ki, iyulun 20-dən 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Bəzi insanlar xilas olmaq üçün özlərini binalardan yerə atıblar. Nəticədə 70 nəfər xəstəxanalara müraciət edib. Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Bodrumun bir hissəsini su basıb.


Müəllif: Könül