21 İyul 2014 16:01
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.

Şuradan verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşovun sədrliyi ilə keçirilən iclasda İH üzvləri müzakirələrdən sonra 4 məsələnin gündəliyə daxil edilməsi barədə razılığa gəliblər.

Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. “Yeni həyat”, “İrəvanın səsi”, “KATV1” qəzetlərinin, “Azərbaycan”, “Azərbaycan məktəbi”, “Günəş” jurnallarının, “AJB.az”, “Strategiya.az” saytlarının və “Yazıçı” nəşriyyatının MŞ sıralarına qəbul olunması barədə qərar qəbul olunub.

Sonra Şikayətlər üzrə Komissiya və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar qəbul edilib. “Kafkaznews” və “Azad Azərbaycan Respublikası” qəzetlərinin adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması məqsədəuyğun sayılıb. “Demokratiya.info” saytına və “Poliqon” İnformasiya Agentliyinə (pia.az) ciddi xəbərdarlıq olunub. Daha 3 KİV barədə də ölçü götürülüb. Belə ki, “Azadlıq” və “IV hakimiyyətin səsi” qəzetlərinə, həmçinin Jurnalist Araşdırma Mərkəzinə (jam.az) MŞ-nin xəbərdarlığı elan olunub.

İclasın sonunda Mətbuat Şurasının Ali Media Mükafatının 2014-cü il üçün laureatlarının adları müəyyənləşdirilib. Mükafatlar iyulun 22-də Bakının “Altun Saray” restoranında keçiriləcək mərasimdə təqdim ediləcək.

/APA/


Müəllif: