21 İyul 2014 16:03
4 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi, tibb xidməti polkovnik-leytenantı Elxan İbrahimov barədə mətbuatda gedən məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bəzi elektron KİV-də yayılan məlumatlar qeyri-dəqiq və əsassızdır: «Bildiririk ki, Elxan İbrahimov 2000-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ona mayor (2008-ci il) və polkovnik-leytenant (2013-cü il) baş zabit rütbələri də Daxili Qoşunlarda xidmət etdiyi müddətdə daxili işlər nazirinin müvafiq əmrləri ilə verilib. E. İbrahimov 6 dekabr 2013-cü il tarixindən Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsindən xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib».

Qeyd edək ki, bəzi saytlarda yer alan məlumatlarda E. İbrahimovun müdafiə nazirinin yaxın qohumu olduğu və onun Müdafiə Nazirliyinə ehtiyatdan çağırılaraq vəzifəyə təyin olunduğu yazılıb.

/APA/


Müəllif: