23 İyul 2017 11:39
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın şəxsi vəkili Mark Kasoviç istefa verib.

Teleqraf.com ABC-yə istinadla xəbər verir ki, 2000-ci ildən Trampla çalışan Kasoviçi iyulun ortasında Tramp komandasına qoşulan Con Dud əvəzləyəcək.

Kadr dəyişikliyi barədə informasiyanı mediaya Con Dud açıqlayıb.

Kasoviç 2013-cü ildə dələduzluqda ittiham olunan Tramp Universitetinin müdafiə işini təşkil edib. Onun istefa qərarı Trampın hüquq komandasının üzvü Mark Korallonun istefa xəbərindən sonra mediaya bəlli olub.

Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi barədə işlə də əvvəl Kasoviç məşğul olub, sonradan bu iş Tay Kobba həvalə edilib. Nəşrin yazdığına görə, Kobbla Dud uzun illərin sadiq dostlarıdır.


Müəllif: Nərgiz