21 İyul 2014 17:45
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar məşhur sənətçilər arasında dünyasını dəyişənlərin sayı çoxalır.

Alınan məlumata görə, Skay Makkole Bartusiakın sevənlərinə pis xəbər var. Kiçik yaşlarında Hollivud ulduzu Mel Gibson ilə birlikdə oynadığı "Vətənsevər" filmi ilə məşhurlaşan aktrisa evində ölü tapılıb.

Çox gənc ikən 21 yaşında vəfat edən aktrisanın öıüm səbəb hələ də məlum deyil. Ölüm səbəbinin anlaşılması üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Texasda yerləşən evində ölü tapılan Skay Bartusiak son nəfəsini yuxuda verib. Onun meyitini yaxın rəfiqəsi aşkarlayıb.

Hələlik polis aktrisanın ölümü ilə bağlı heç kimi saxlamayıb.

/ans press/


Müəllif: