26 İyul 2017 13:46
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnstaqramda məşhur olan erməni blogger Tamaz Avdalyan azərbaycanlı müğənninin rusca ifa etdiyi mahnını oxuyaraq, lentə aldığı videonu paylaşıb.

Teleqraf.com xəbər verir ki, blogger həyat yoldaşı Güleylə Moskvada avtomobildə gedərkən Azərbaycan mahnısını həm dinləyib, həm oxuyub. Tamaz Fəqan Səfərov və Elbrus Canmirzəyevin “Yaralım” mahnısını səsləndirərkən çəkilən görüntüsünü İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, bu paylaşım iyunun 18-ə aid olsa da, videonu azərbaycanlı izləyicilər yenicə görüb paylaşmağa və tənqid etməyə başlayıblar.


Müəllif: Könül