29 İyul 2017 15:07
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Şerif"-"Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə müvafiq məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib.

Matç İsrail Futbol Federasiyasından Roi Reinşreiberə həvalə olunub. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Ukenik köməklik edəcək.

Dördüncü hakim isə Daniel Bar Natandır.

"Şerif"-"Qarabağ" görüşü avqustun 1-i Moldovada keçiriləcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmayıb.


Müəllif: Teleqraf.com