22 İyul 2014 10:05
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda bu gün səhər saatlarında "paralel hökumət" əməliyyatı keçirilib.

Alınan məlumata görə, İstanbul Polis idarəsinə bağlı terrorla mübarizə bürosu qrupları səhər saatlarında müxtəlif məntəqələrdə eyni vaxtda əməliyyat həyata keçirib.

Əməliyyatlar nəticəsində bəzi şəxslər polis tərəfindən saxlanılıb. Hadisə şahidləri saxlanılanların arasında polisin olduğunu da bildirir.

Rəsmi formada olan həmin şəxs Haseki Təlim və Təhqiqat xəstəxanasına müayinə üçün aparılıb. Xəstəxanadan çıxarkən isə onun üzərində terrorla mübarizə idarəsinin forması olub.

Qeyd edək ki, əməliyyatın 17 dekabr istintaqı zamanı vəzifədə olan təhlükəsizlik işçilərinə qarşı olduğu deyilir.

/ans press/


Müəllif: