22 İyul 2014 10:49
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmasın-ın hərbi cinahı Əl-Qəssam briqadası Qəzza bölgəsində pusquya düşmüş 10 İsrail əsgərinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.


Qrup rəhbərliyi bildirib ki, ərazidə patrul keşiyi çəkən İsrail hərbiçiləri pusquya düşüb və nəticədə 10 nəfər həlak olub və digərləri yaralanıb.

Xəbər verilir ki, İsrail hərbiçilərindən 7 nəfəri ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

/publika.az/


Müəllif: