22 İyul 2014 11:33
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Suraxanı rayon icra hakimiyyetinin şöbə müdiri vəfat edib.

Bu barədə icra hakimiyyətinin əməkdaşı Orxan Zamanov məlumat verib.

Onun verdiyi məlumata görə, icra hakimiyyətinn ərazi idarə etmə şöbəsinin müdiri Pənah İbrahim oğlu Səfərov dünən axşam saatlarında vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

“Əvvəldən ürəyində problemlər vardı. Müalicə alırdı. Çox təəssüf ki, heç bir nəticə olmadı”, - deyə Orxan Zamanov bildirib.

Qeyd edək ki, Pənah Səfərovun 53 yaşı vardı.

/ans press/


Müəllif: