22 İyul 2014 11:36
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunu "səviyyəsiz" adlandırması sosial şəbəkələrdə və mediada geniş rezonans doğurub.

Teleqraf.com-un məlumatına görə, H.Hacızadə ona olan iradlara münasibət bildirib. Politoloq qeyd edib ki, üç gündür interneti işləmədiyindən onun fikirlərinə olan münasibətlə təzəcə tanış olub: “Görürəm ki, mediada əməlli-başlı stalinsayağı kampaniya başlayıb - Səmədi və sovet poeziyasını məndən müdafiə edirlər. Naftalin iyi verən adamları yığıb məni söydürürlər. Xalqın beynini Sovet vaxtından elə yuyublar ki, indiyə gədər Stalin - Səməd – Nərimanov... deyə-deyə qalıb. “Hikmət Hacizadənin məqsədi var!”. Bəli, məqsədim var! Məqsədim odur ki, Səməd kimi adamlar Azərbaycanda yetişməsin. Səməd gənclərimiz üçün nümunə olmasın. Məddahlıqla, satqınlıqla heç kim ailə saxlamasın. Kəpəzə çıxıb Göy-gölə baxıb kabab yeməkdənsə, bəxtsiz Ana vətənimizə baxıb düşünsün. Deyirlər, Səmədin “Azərbaycan" şerini oxu. Mənim “Azərbaycan” şerim budur:

Almas İldırım

Azərbaycan (mənim bəxtsiz anam, oy!)
Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, lay-lay balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!..
Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim, oy!..
Salam versəm, rüzgar alıb götürsə,
Ağrı dağdan göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy.
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim taxtım, tacım, oy.
Oyanmazmı kor olası baxtım oy!

Kəmalə


Müəllif: