2 Avqust 2017 17:37
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ali Hərbi Şuranın 4 saat çəkən toplantısı başa çatıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, toplantıda Türk Silahlı Qüvvələrinin Quru Qoşunları, Dəniz Donanması və Hava Qüvvələrinin komandanları dəyişdirilib.

Ali Hərbi Şuranın iclasında Baş nazir Binəli Yıldırım da iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın üzvlərini qəbul edəcək.

Quru Qoşunların komandanı vəzifəsinə general Yaşar Gülər, Dəniz Donanması komandanı vəzifəsinə Adnan Özbal, Hava Qüvvələri komandanı vəzifəsinə isə Həsən Küçükayyüz təyin edilib.

Quru Qoşunları Komandanığına gətirilən general Yaşar Gülər 15 iyul çevrilişi zamanı Baş Qərargah rəisi Hulusi Akarla birlikdə saxlanılmışdı. O, general Hulusi Akardan sonra Baş Qərargah rəisi olmağa ən real namizəddir.

Hava Qüvvələri Komandanlığına gətirilən Həsən Küçükakyüz çevriliş gecəsi əsir alınsa da, bu prosesə dəstək verməkdən imtina etmişdi.

Türk mediası Dəniz Qüvvələri Komandanlığına general Veysəl Kösələnin gətiriləcəyi haqda xəbər yaysa da, bu postu admiral Adnan Özbal tutub.


Müəllif: Cavad